AZ

Polşada təqaüdçüləri də hərbi təlimə çağıracaqlar

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Polşada ölkə tarixinin ən genişmiqyaslı hərbi hazırlıq proqramı başlayır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.

Onun sözlərinə görə, proqram çərçivəsində təkcə gənclər deyil, həm də təqaüdçülər və yetkinlik yaşına çatmayanlar hərbi hazırlıqdan keçəcəklər:

“Layihə yarım il ərzində hazırlanıb və həcminə görə Polşa tarixində ən böyük müdafiə təşəbbüsü olacaq. Proqram noyabrın 22-də start götürəcək və Yeni ilədək təxminən 20 min nəfərin təlimə cəlb olunması planlaşdırılır”.

Qeyd edək ki, hazırlıq məşğələləri Ərazi Müdafiə Qüvvələrinin bazalarında keçiriləcək. Ümumilikdə isə mərhələli şəkildə 400 min nəfərin hərbi hazırlıq keçməsi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
qafqazinfo.az

1Mənbələr