AZ

ABŞ-ın İrana qarşı 46 il əvvəl tətbiq etdiyi sanksiyanın müddəti uzadıldı

ABŞ prezidenti Donald Tramp İranla bağlı milli fövqəladə vəziyyəti bir il müddətinə uzadıb.

Musavat.com xəbər verir ki, bununla bağlı qərar ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə dərc olunub.

Amerika prezidenti imzaladığı sənəddə qeyd edilir ki, ABŞ-ın “İranla münasibətləri hələ normallaşmayıb" və "19 yanvar 1981-ci il tarixli ikitərəfli razılaşmaların həyata keçirilməsi prosesi davam edir". Bu, ABŞ və İran arasında bağlanmış Əlcəzair Sazişlərinə aiddir. Həmin sazişlər nəticəsində 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girov saxlanılan amerikalı diplomatlar azad edilib: "Bu səbəbdən, 14 noyabr 1979-cu ildə elan edilmiş milli fövqəladə vəziyyət, eləcə də həmin dövrdə bu fövqəladə vəziyyətə qarşı mübarizə aparmaq üçün tətbiq edilən tədbirlər 14 noyabr 2025-ci ildən sonra da qüvvədə qalmalıdır”.

Tramp qərarın 1 illik müddəti əhatə etdiyini qeyd edib.

 

Musavat.com

Seçilən
21
4
musavat.com

6Mənbələr