Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu özünü dünyanın ən tanınmış insanı adlandırıb.
Musavat.com xəbər verir ki, futbolçu bu barədə britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibədə danışıb.
“Gəlin bütün dünyada debat keçirək – kim daha məşhurdur, mən, yoxsa Donald Tramp? Mən! Düşünürəm ki, dünyanın hər yerində, hətta ən kiçik adada belə məni ondan çox tanıyırlar. Məncə, dünyada məndən daha məşhur heç kim yoxdur”, – deyə Ronaldu bildirib.
Sosial şəbəkələrdə Ronaldu ilə ABŞ Prezidenti Donald Tramp arasında bu “məşhurluq yarışı” qısa zamanda müzakirə mövzusuna çevrilib.
Musavat.com