AZ

“Qalatasaray”ın baş məşqçisi: “Çox xoşbəxtəm”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının 4-cü turunda səfərdə “Ayaks” üzərində 3:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

“Ümumilikdə çox yaxşı iş gördük və vacib qələbə qazandıq. Buna görə çox xoşbəxtəm.

Birinci hissədə topa daha çox sahib idik, bəzi epizodlarda top uzun müddət bizdə qalırdı. Viktor Osimhenin iki yaxşı imkanı oldu, erkən qol vursaydıq, oyun fərqli istiqamətdə inkişaf edə bilərdi”.

O, həmçinin, taktiki dəyişikliklərin uğurlu nəticə verdiyini vurğulayıb:

“Barış Yılmazı mərkəzə keçirdikdən sonra hücumda daha təsirli oynadıq və bundan sonra qollar gəldi. Rəqibə çox imkan vermədik, müdafiədə isə intizamlı çıxış etdik”.

“Qalatasaray” 9 xalla turnir cədvəlində 9-cu, “Ayaks” isə xalsız şəkildə sonuncu pillədə qərarlaşıb.

Seçilən
62
sportinfo.az

1Mənbələr