AZ

Trampın xüsusi elçisi Prezident İlham Əliyev haqqında: Həqiqi dövlət lideridir

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistanla 30 ildən artıq davam edən münaqişənin həlli istiqamətində göstərdiyi səylərini yüksək qiymətləndirib.

Missiya.Az xəbər verir ki, bu barədə Stiv Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışında danışıb.

Uitkoff bildirib ki, avqust ayında Donald Tramp Oval kabinetdə İlham Əliyevdən üstün orduya malik olmasına baxmayaraq, niyə hücumu davam etdirmədiyini birbaşa soruşub.

Azərbaycan lideri cavab verib ki, məqsədi yalnız işğal olunmuş əraziləri geri qaytarmaq idi və "ona artıq heç nə lazım deyildi".

ABŞ Prezidentinin xüsusi elçisinin fikrincə, bu, həqiqi dövlət liderinin nümayiş etdirdiyi heyrətamiz bir qərardır.

Seçilən
3
10
missiya.az

10Mənbələr