Liviyanın Milli Birlik Hökuməti 2015-ci il noyabrın altısında Beyrutda həbs edilən Liviyanın keçmiş lideri (1969-2011) Müəmmar Qəddafinin oğlu Hannibalın həbsdən azad edildiyini elan edib.
Publika.az xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalının yaydığı açıqlamada bildirilib.
"Livan hakimiyyəti mərhum Liviya lideri Müəmmər Qəddafinin (1942-2011) oğlu Hannibal Qəddafini həbsdən azad edib və onun ölkədən çıxışına qoyulan qadağanı aradan qaldırıb", - deyə məlumatda qeyd olunub.
Livan məhkəməsi həmçinin Hannibal Qəddafinin əvvəllər 11 milyon dollar məbləğində müəyyən edilmiş girov müqabilində azadlığa buraxılması barədə qərarı da qüvvədən salıb.