Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalıları respublikaya mühacirət etməyə çağırıb.
Lukaşenko bu açıqlamanı Pripyat çayı üzərindəki təmir olunmuş körpünün açılış mərasimində verib: “Biz açığıq. Xahiş edirəm gəlin, ukraynalılar. Sizi məmnuniyyətlə qarşılayacağıq”, – deyə dövlət başçısı bildirib. “Biz sizin ailələrinizə və uşaqlarınıza təhsil və səhiyyə baxımından belaruslularla eyni həyat keyfiyyətini təmin edəcəyik.”
Aleksandr Lukaşenkonun sözlərinə görə, Ukraynadan olan bir çox miqrant artıq Belarusda, xüsusən də Qomel bölgəsində işləyir. Prezident ukraynalıları respublika üçün bir nemət adlandırıb. Lukaşenko bu insanları çalışqan, anlayışlı və belaruslularla eyni dildə danışan insanlar kimi təsvir edib.
//Samir Qurbanov, Editor.az