Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Arıqlamaq istəyən bir çox insan düşünür ki, nə qədər çox idman etsə, bir o qədər tez nəticə əldə edəcək. Amma bu yanaşma bəzən bədənə zərər verə bilər. Mütəxəssislər bildirirlər ki, artıq çəkisi olan şəxslər üçün düzgün və mərhələli idman proqramı seçmək sağlam arıqlamanın əsas şərtidir.
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan dietoloq Validə Şıxıyeva deyib ki, artıq çəkili insanların idman proqramı fərdi yanaşma tələb edir:
“Ən böyük səhv odur ki, insanlar idmana birdən-birə ağır tempdə başlayırlar. Bu, həm oynaqlara, həm də ürək-damar sisteminə ciddi zərər verə bilər. İlk mərhələdə məqsəd sürətli arıqlamaq yox, bədəni hərəkətə alışdırmaq olmalıdır. Məsələn, gündəlik 20-30–40 dəqiqədən başlayaraq gəzinti ilə başlamaq olar”.
Dietoloqun sözlərinə görə, idmanla yanaşı, düzgün qidalanma da prosesin vacib hissəsidir:
“Əgər qidalanma rejimi balanssızdırsa, ən güclü məşqlər belə nəticə verməyəcək. İnsan həm enerji itkisini qarşılamalı, həm də bədəni yormamalıdır. Ən doğru yol tədrici artımla, mütəxəssis nəzarəti altında məşq etməkdir. Sağlam arıqlama səbir, davamlılıq və düzgün istiqamət tələb edir”.
Günay
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.