AZ

“Ferqyuson həmişə qəlbimdə qalacaq”

“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo “Mançester Yunayted”də çalışdığı illərdə baş məşqçisi olmuş Aleks Ferqyuson haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı ulduz bu fikirləri jurnalist Pirs Morqana verdiyi müsahibə zamanı səsləndirib.

“Onunla hələ də əlaqə saxlayırsanmı?” sualına Ronaldu belə cavab verib:

“Onu Mançesterdə keçirilən Çempionlar Liqasının finalında gördüm. Əvvəllər daha çox ünsiyyətdə olurduq – hətta bir dəfə evimə çaya gəlmişdi. O, süd ilə çay içir. Çox yaxşı insandır. Hər zaman qəlbimdə qalacaq. O, mənə həm həyatda, həm də karyeramda çox kömək edib.”

Xatırladaq ki, Sör Aleks Ferqyuson 2013-cü ildə təqaüdə çıxıb. Şotlandiyalı mütəxəssis “Mançester Yunayted”in sükanında təxminən 27 il çalışıb.

Seçilən
27
90deqiqe.az

1Mənbələr