AZ

“Liverpul” Bastonini transfer etmək istəyir

“Liverpul” müdafiə xəttindəki problemləri aradan qaldırmaq üçün qış transfer pəncərəsində yeni oyunçu almağı planlaşdırır.

90deqiqe.Az “Fichajes”ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin əsas transfer hədəfi “İnter”in müdafiəçisi Alessandro Bastonidir.

Mənbənin yazdığına görə, “Liverpul” italiyalı futbolçunun oyun keyfiyyətlərini yüksək qiymətləndirir və onun üçün təxminən 100 milyon avro ödəməyə hazırdır.

Klub rəhbərliyi hesab edir ki, 26 yaşlı Bastoni komandanın müdafiə xəttinin yenidən qurulması layihəsinə mükəmməl uyğun gəlir.

2025/2026 mövsümündə Bastoni “İnter”in heyətində 12 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Liverpul” növbəti oyununu noyabrın 9-da səfərdə “Mançester Siti”yə qarşı keçirəcək.

Seçilən
69
90deqiqe.az

1Mənbələr