Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tenderin qalibi məlum olub. “ELTA DEVELOPMENT” Qapalı Səhmdar Cəmiyyəti yolların təmiri işlərinin satın alınması üçün 311 520,17 AZN məbləğində müqavilə əldə edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, bu layihə çərçivəsində rayonun bir sıra küçə və yollarda əsaslı təmir işləri aparılacaq.
İcra Hakimiyyətindən bildirilib ki, məqsəd yolların keyfiyyətinin artırılması və vətəndaşların rahatlığının təmin edilməsidir. Layihənin yaxın günlərdə start götürməsi planlaşdırılır.