AZ

“Ukrayna “əbədi münaqişə” vəziyyətində qala bilər” –NATO-nun keçmiş baş katibi

Əgər Avropa ölkələri Kiyevi dəstəkləmək məsələsində yanaşmalarını dəyişdirməsələr, Ukrayna “əbədi münaqişə” vəziyyətində qala bilər.

AzPost bildirir ki, bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen “The Guardian” qəzetinə verdiyi müsahibəsində bildirib. “Əgər strategiyamızda ciddi dəyişikliklər etməsək, daimi müharibə vəziyyətinə düşmək riski ilə üzləşə bilərik”-deyə o vurğulayıb.

Rasmussen Ukrayna üzərində “hava qalxanı” yaratmağı və atəşkəs əldə olunana qədər Avropa hərbi qüvvələrinin onun ərazisində yerləşdirilməsi təklifini irəli sürüb.

AzPost.az

Seçilən
70
1
azpost.info

2Mənbələr