AZ

İsrail naziri Nyu-Yorkdakı yəhudiləri şəhəri tərk etməyə çağırdı

İsrail Diaspor işləri naziri Amichai Şikli Nyu-York şəhərində yaşayan yəhudi icmasını İsrailə qayıtmağı düşünməyə çağırıb.

Musavat.com xəbər verir ki, Şikli bu təklifi Zöhran Mamdaninin Nyu-York şəhərinin meri seçilməsindən sonra səsləndirilib. Mamdani bu vəzifəni tutan ilk müsəlman və 100 ildən çox müddətdə şəhərin ən gənc meri olub.

O, Telegram kanalında yazıb: "Bir vaxtlar universal azadlığı simvolizə edən bir şəhər açarlarını HƏMAS tərəfdarına təhvil verib. Mən Nyu-York yəhudilərini İsrail torpaqlarındakı yeni yerlərini düşünməyə çağırıram."

Şikli hesab edir ki, Mamdaninin mer seçilməsi "Nyu-York şəhəri üçün vacib bir dönüş nöqtəsi" idi. O əlavə edib ki, "Nyu-York şəhəri, xüsusən də yəhudi icması üçün heç vaxt əvvəlki kimi olmayacaq."

Qeyd edək ki, noyabrın 5-də Mamdani Nyu-York şəhərinin meri seçkilərində qalib gəldi. O, gələn ilin 1 yanvarında mer vəzifəsinə and içəcəyini açıqlayıb. Hazırda şəhərə əvvəlcə müstəqil namizəd kimi yenidən seçilmək üçün namizədliyini irəli sürmüş, lakin sentyabr ayında yarışdan çəkildiyini açıqlayan Erik Adams rəhbərlik edir.

Musavat.com

Seçilən
71
3
musavat.com

4Mənbələr