Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Metrostansiya yaxınlığında 3 nəqliyyat vasitəsinin iştirakı ilə qəza olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisənin görüntüləri kameraya düşüb. Belə ki, “Ploşad Mujestva” metrostansiyası yaxınlığında, Politexniçeskaya küçəsində 21 yaşlı sürücü idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olan zaman qarşıda gedən avtobusu vurmamaq üçün manevr edib. Əks yol çıxan avtomobil qarşıdan gələn “Haval” markalı polis maşını ilə toqquşub, sonra isə tramvaya çırpılıb.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarətlər alıblar. Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıblar.
Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:
Namiq Musayev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.