AZ

Qanda şəkərin səviyyəsini tənziləyən tərəvəz

İnsan sağlamlığı üçün vacib hesab olunan qidalardan biri kələmdir. 

Hit.az xəbər verir ki, kələm toksinlərin bədəndən xaric olmasını sürətləndirir.

Qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir. Həzm prosesinə yaxşı təsir göstərir.

Bundan əlavə, məhsul A vitamini, manqan, kalium və kalsiumla zəngindir. 

Bununla yanaşı, kələm zərərli xolesterinlə mübarizə apararaq ürək-damar xəstəlikləri riskini azaldır. 

Payız-qış dövründə daha çox istifadə edilən bu məhsul C vitamini ilə zəngin olduğu üçün immuniteti gücləndirir.

Faydalı xüsusiyyətlərinə baxmayaraq, təbii fermentləşdirilmiş kələmin qastrit, xora və mədə turşuluğunun normadan artıq olduğu xəstəliklər zamanı istifadəsi tövsiyə edilmir.

Sevinc

Seçilən
27
hit.az

1Mənbələr