AZ

Digah məktəblilərinin tualet problemi: Uşaqlar növbədə gözləyir, şərait bərbad vəziyyətdədir – VİDEO

İzləyicimizin Patrul.az redaksiyasına göndərdiyi videogörüntüdə Abşeron rayonunun Digah qəsəbəsində yerləşən Səxavət Məmmədov adına tam orta məktəbdə acınacaqlı vəziyyət qeydə alınıb. Kadrlardan aydın görünür ki, məktəbdə şagirdlər üçün nəzərdə tutulmuş tualet cəmi iki hissədən ibarətdir və bu, yüzlərlə şagirdin ehtiyacını qarşılamaq üçün kifayət deyil.

NOCOMMENT.az xəbər verir ki, tənəffüs zamanı uşaqların tualetin qarşısında uzun növbələrdə gözlədiyi, bəzilərinin isə məcburən dərsə gecikdiyi müşahidə olunur. Tualet birmənalı şəkildə təmirsiz və natəmiz vəziyyətdədir. Divarların və döşəmənin vəziyyəti sanitar normalara uyğun deyil.

Şagirdlərin valideynlərinin sözlərinə görə, tualet binanın içərisində deyil, məktəbin həyətyanı sahəsində yerləşir. Bu səbəbdən payız-qış aylarında yağış, qar və soyuq hava şəraitində uşaqlar ciddi çətinlik çəkirlər.

Valideynlər bildirirlər ki, bu məsələ ilə bağlı məktəbin direktoru Mehriban Sultanovaya dəfələrlə müraciət ediblər, lakin onların şikayətlərinə baxılmayıb və vəziyyət dəyişməz qalıb. Onlar aidiyyəti qurumlardan məsələyə diqqət yetirilməsini və məktəbdə normal sanitar şəraitin yaradılmasını xahiş edirlər.

Seçilən
29
1
nocomment.az

2Mənbələr