Ukraynada polisdə iqtisadi cinayətləri araşdıran idarənin rəisi, üzərində bir cinayət işi üzrə müsadirə edilmiş pul vəsaiti ilə yoxa çıxıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Ukrayna Milli Polisi yoxa çıxan Kiyev şəhər Darnitskiy rayon polisində iqtisadi cinayətlər üzrə idarənin rəisi Yuri Rıbyansk barədə artıq axtarış elan edib. Dünəndən bəri onunla heç bir əlaqə yoxdur. Onun axtarışı ilə bağlı qəsdən adam öldürmə və külli miqdarda vəsaiti mənimsəmə halı üzrə cinayət işi qaldırılıb.
Qeyd edək ki, polis rəisinin üzərində təxminən 500 min dollar pulun olduğu bildirilir.
FOTO QALEREYA