ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Konqresə namizədliyini geri götürmək qərarını Amerika üçün böyük hadisə adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu haqda “Fox News” telekanalında çıxışı zamanı bildirib.
“O, pis idi, korrupsioner idi və yalnız ölkəmiz üçün pis olan şeylərə diqqət yetirirdi...Məni iki dəfə uğursuz impiçment etməyə cəhd etdiyi üçün onunla fəxr edirəm”, - ABŞ lideri qeyd edib.
Xatırladaq ki, Nensi Pelosi Konqresdən istefa verəcəyini açıqlayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.