5 noyabrda ABŞ prezidenti Donald Tramp Çin və Rusiya ilə nüvə tərksilahı planı üzərində işləyə biləcəyini bildirib.
Amerika prezidenti bu açıqlamanı Mayamidə keçirilən Amerika Biznes Forumunda çıxışı zamanı verdi. Trampın sözlərinə görə, ABŞ müharibələrə girmək istəmir. Amerikanın dünyanın ən güclü ordusu var və ən yaxşı avadanlıq və raketlər istehsal edir, – deyə o əlavə edib: “Biz bir nömrəli nüvə gücüyük və bunu etiraf etmək istəmirəm, çünki onlardan [nüvə silahlarından] istifadə edilməli olsaq, bu, dəhşətli bir vəziyyət olardı”, – deyə Tramp bildirib. “Rusiya ikinci yerdədir. Çin üçüncü yerdədir, amma onlar dörd-beş il ərzində Amerikaya çatacaqlar”.
ABŞ prezidenti Çinin ABŞ-a çatmaq istədiyini və “bunu edə biləcəyini” təkrarlayıb. “Və biz üçümüz nüvəsizləşdirmə planı üzərində işləyə bilərik. Görəcəyik, bu, işə yarayacaqmı”, – deyə Tramp vurğulayıb.
//Samir Qurbanov, Editor.az