Gununsesi saytına istinadən ain.az xəbər verir.
Londonun ICE birjasında “Brent” markalı neftin qiyməti oktyabrın 22-dən bəri ilk dəfə bir barel üçün 63 dollardan aşağı düşüb.
Gununsesi.info bu barədə ticarət məlumatlarına istinadla xəbər verir.
“Bakı vaxtı ilə saat 19:01-ə olan məlumata görə, “Brent” markalı neftin qiyməti 0,88% azalaraq bir barel üçün 62,96 dollar olub”, – birja məlumatında qeyd olunub.
Bakı vaxtı ilə saat 19:06-da azalma səngiyib və qiymət bir barel üçün 62,98 dollar səviyyəsində sabitləşib. ABŞ-ın WTI xam neftinin 2025-ci ilin dekabr tədarükü üçün fyuçersləri də demək olar ki, 1% azalaraq mənfi sürət göstərib.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.