Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldu aparıcı jurnalist Pirs Morqana verdiyi müsahibədə həm şəxsi karyerası, həm də milli komandanın uğurları barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Pirs Morqan ulduz futbolçuya “Mənim üçün sən ən böyüksən (GOAT). Messi isə mənim fikrimcə, hətta Argentina tarixinin ən böyüyü deyil. Maradona ondan daha yaxşı idi,” – deyib.

Ronaldu isə bu sözlərə belə cavab verib:
“Təşəkkür edirəm. Bəs Messidən əvvəl Argentina neçə dünya çempionluğu qazanmışdı? Bu, onlar üçün normaldır.”

Portuqaliyalı hücumçu milli komandanın tarixi nailiyyətlərinə də toxunub:
“Mən Portuqaliya ilə 3 titul qazanmışam. Ondan əvvəl Portuqaliya heç nə qazanmamışdı. Mən çox xoşbəxt və qürurluyam.”

Dünya çempionluğu barədə danışarkən Ronaldo bu fikirləri səsləndirib:
“Argentina böyük titullara öyrəşib, Braziliya da elə. Bu, onlar üçün adi haldır. Amma Portuqaliya dünya çempionu olsa, bu, bütün planeti təəccübləndirər.”

Ulduz futbolçu 1000-ci qolunu dünya çempionatında vurmaq ehtimalı ilə bağlı sualı da cavablandırıb:
“Cavabımla sizi təəccübləndirəcəyəm. Mənim üçün dünya çempionu olmaq bir arzu deyil.”