AZ

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko KomşiçPrezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbərverir ki, məktubda qeyd olunub:

"Zati-aliləri.

Zəfər Gününün beşinci ildönümü münasibətilə Sizə, AzərbaycanHökumətinə və dost Azərbaycan xalqına Bosniya və Herseqovinanınvətəndaşları adından və şəxsən öz adımdan təbriklərimiçatdırıram.

Bu əlamətdar bayram Azərbaycan xalqının milli məqsədlərinəçatmaq, ölkənin suverenliyini, ərazi bütövlüyünü təmin etməkyolunda cəsarətinin, qətiyyətinin və birliyinin rəmzidir.

Bosniya və Herseqovina ölkələrimizin inkişaf etdirdiyi dostluqmünasibətlərinə və əməkdaşlığına dəyər verir. İkitərəfli əlaqələrinxalqlarımızın rifahı naminə qarşılıqlı hörmət və anlaşma əsasındadaha da inkişaf edəcəyinə inanıram.

Sizə bir daha səmimi təbriklərimi çatdırır, dərin ehtiramımıifadə edir, Azərbaycan Respublikasına və onun xalqına isə sülh,tərəqqi və rifah arzulayıram".

Seçilən
54
5
az.trend.az

10Mənbələr