AZ

Putin Rusiyada elektron siqaret satışına tam qadağa qoyulması ideyasını dəstəkləyib

Rusiya Prezidenti Vladimir Putin ölkədə elektron siqaretlərin satışının tamamilə qadağan edilməsi təklifini dəstəkləyib.

Missiya.Az report-a istinadən xəbər verir ki, bu barədə o, Samarada adaptiv idman nümayişi və tədris mərkəzinə səfəri zamanı bildirib.

Təşəbbüsü "Sağlam Vətən" ümumRusiya ictimai hərəkatının rəhbəri Yekaterina Leşçinskaya irəli sürüb və analoji tədbirlərin bir sıra MDB və digər ölkələrdə artıq uğurla həyata keçirildiyini vurğulayıb.

Prezident eyni zamanda qeyd edib ki, təkcə belə bir qərarın qəbulu deyil, həm də gənclərlə müvafiq işin aparılması vacibdir.

Seçilən
9
1
missiya.az

2Mənbələr