AZ

Lukaşenko hər səhər bu haqda düşünür

Belarus Prezidenti Aleksandr Lukaşenko etiraf edib ki, səhərlər kənd təsərrüfatı və respublikaya müharibənin gəlməsinin qarşısını almaq haqqında düşünür.

“Qafqazinfo” xəbər verir ki, Belarus liderinin Qomel vilayətinin nümayəndələrinə müraciətindən ibarət videoçarx “Pul Pervovo” teleqram kanalında yayımlanıb.

O, hazırkı vəziyyətin ağır olduğunu etiraf edib:

“Vəziyyət çox çətindir. Mən sadəcə olaraq hər şeyi sizin boynunuza atmıram. Mən həmişə sizdən bir şeyi xahiş etmişəm: mənə iqtisadiyyatı verin. Mənə körpülər, yollar, süd, ət və s. verin. Hərbi məsələlərə gəlincə, mən cavabdehəm, təhlükəsizlik mənim məsuliyyətimdir”.
Seçilən
15
2
sherg.az

3Mənbələr