Tayland keçirilən Kainat Gözəli (Miss Universe) beynəlxalq gözəllik müsabiqəsində iştirakçılar arasında böyük gərginlik yaşanıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, təşkilatın yerli rəhbərlərindən Nawat Itsaragrisil, Miss Meksika Fatima Bosch-u iştirakçının qarşısında sərt tərzdə tənqid edib. Itsaragrisil, Bosch-un tanıtım paylaşımlarını etmədiyini iddia edərək gənc iştrakçını açıq şəkildə danlayıb.
Qalmaqal böyüdükdə Miss Meksika salonu tərk edib, bəzi digər iştrakçılar isə ona dəstək olmaq üçün eyni addımı atıblar. Bu anlar canlı yayınlandığı üçün görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.
Miss Universe Təşkilatı (MUO) Taylandlı rəhbərin davranışını "hörmətsiz və aşağılayıcı" adlandıraraq sərt açıqlama yayıb. MUO prezidenti Raul Rocha bildirib:
"Bu cür davranış, qadınlara güc verən bir platformanın ruhuna ziddir. Miss Bosch-a edilən hörmətsizliyi qəbul etmirik".
Nawat Itsaragrisil daha sonra üzr istəsə də, sosial media və iştirakçılar tərəfindən tənqidlər səngiməyib. Təşkilat onun yarışmadakı vəzifələrinin məhdudlaşdırılacağını, lazım gələrsə tamamilə dayandırılacağını açıqlayıb.
Miss Meksika Fatima Bosch isə jurnalistlərə bildirib:
"Hörmətsizliyə məruz qaldım, amma qorxmadım. Buradayam ki, qadınların səsi olum".
Hadisə zamanı bir sıra digər yarışmaçıların "Bu, qadın hüquqlarına ziddir!" deyərək salonu tərk etdiyi də görüntülərdə əks olunub.