BAKI, 6 noyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ABŞ Prezidenti Donald Trampla görüşü noyabrın 7-də Bakı vaxtı ilə saat 05:00-da baş tutacaq.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bundan öncə Qazaxıstan və ABŞ kritik minerallarla bağlı memorandum imzalayıb. Prezident həmçinin ABŞ dövlət katibi Mark Rubio və Donald Tramp administrasiyasının digər nümayəndələri ilə görüşüb.
Sabah Ağ Evdə ABŞ Prezidenti və Mərkəzi Asiya ölkələrinin liderləri arasında sammit keçiriləcək.