
Rusiyalı alimlər hepatit C virusunu sürətli və dəqiq şəkildə aşkar edən innovativ test hazırlayıbRusiya Rospotrebnadzor Elm Mərkəzinin alimləri hepatit C virusunu cəmi 25–30 dəqiqəyə aşkar etməyə imkan verən ilk ekspress-test hazırlayıblar. Yeni test LAMP texnologiyası (pətləbənzər izotermik amplifikasiya) əsasında yaradılıb ki, bu da diaqnostika müddətini əhəmiyyətli dərəcədə qısaldır. Mütəxəssislər bildiriblər ki, virusun tez aşkarlanması vaxtında müalicə və epidemioloji tədbirlərin effektiv həyata keçirilməsi üçün həyati əhəmiyyət daşıyır. Ulusum.az xəbər verir ki, layihə Rusiyada “Sanitariya qalxanı” adlı federal proqram çərçivəsində gerçəkləşdirilib. Hepatit C virusu əsasən qan yolu ilə yayılır və qaraciyərdə ciddi fəsadlara, o cümlədən sirroz və xərçəngə səbəb ola bilər. Risk qrupuna immuniteti zəif şəxslər daxildir. Yeni testin tətbiqi, virusun geniş yayılmasının qarşısını almaqda mühüm rol oynayacaq.Ulusum.az / R.İkramlı
Diqqət Çəkənlər
Yunus Oğuz: “8 Noyabr yalnız Azərbaycanın deyil, bütün türk dünyasının Zəfər Günüdür”
Trabzon ilə Soçi arasında dəniz körpüsü quruldu
Demet Tekin Çırpınırdı Qara Dəniz VİDEO