AZ

ABŞ millisinin baş məşqçisinin evi yanıb FOTO

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mayaminin dəbdəbəli “Coral Gables” məhəlləsindəki bir villada böyük yanğın baş verib.

İdman.Biz bu barədə “The Miami Herald”a istinadən məlumat verir.

Yanğın NBA-nın “Mayami Hit” klubunun və ABŞ milli komandasının baş məşqçisi Erik Spoelstraya məxsus olduğu güman edilən malikanədə başlayıb.

Yanğın səhər saatlarında başlayıb. Onun söndürülməsi təxminən 30 yanğınsöndürmə briqadasının iştirakı ilə dörd saatdan çox vaxt aparıb.

Xoşbəxtlikdən, heç kim xəsarət almayıb. Hadisə zamanı Spoelstra komanda ilə birlikdə “Mayami”nin səfər seriyasını yeni başa vurduğu Denverdən qayıdırmış. Komanda yanğınsöndürmə xidmətinə zəng daxil olduqdan təxminən 25 dəqiqə sonra hava limanına eniş edib.

Məlumata görə, təxminən 5500 kvadrat metrlik ev 1985-ci ildə tikilib və 2023-cü ildə 6,6 milyon dollara satılıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
1
icma.az

2Mənbələr