AZ

Azərbaycanda İLK: əhali həm sevinəcək, həm də risklə üzləşəcək

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda süni intellekt artıq vətəndaşların sənədlərini avtomatik hazırlayacaq. Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Data İdarəolunması Departamentinin direktoru Kamran Ağayev danışıb. Belə ki, yeni sistem sayəsində doğum, nikah və ölüm kimi proseslərdə məlumat bir dəfə təqdim ediləcək, qalan mərhələləri isə süni intellekt özü icra edəcək.

Süni intellektin dövlət sistemlərinə inteqrasiyası hansı problemlər yarada bilər? Şəxsi məlumatların təhlükəsizliyi və kibertəhlükə riskləri gözləniləndirmi?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, bu addım insan müdaxiləsini minimuma endirir:

“Bununla da, sənədlərin hazırlanması və təsdiqlənməsi kimi proseslər avtomatlaşdırılır, vətəndaş məmnuniyyəti artır, vaxt itkisinin qarşısı alınır. Amma prosesin təhlükəsizliyi məsələsi də çox həssasdır. Birincisi, bu sistemlər vətəndaşların ən həssas şəxsi məlumatlarını – doğum, nikah, ölüm, ünvan, bank və digər bilgiləri emal edəcək. Ona görə burada əsas risk məlumatların sızması və icazəsiz istifadəsi ilə bağlıdır. Bu cür platformalarda mütləq şəkildə məlumatların şifrələnməsi, təhlükəsiz autentifikasiya, yəni iki və ya daha çox addımlı giriş üsulları və davamlı kibermonitorinq həyata keçirilməlidir. İkincisi, süni intellekt sistemləri qərar verərkən tam şəffaf olmalıdır. Məsələn, bir sənədin avtomatik təsdiqlənməsi və ya rədd edilməsinin səbəbi aydın izah edilməlidir. Əgər qərar mexanizmi qeyri-şəffaf olarsa, bu həm vətəndaş narazılığına, həm də hüquqi anlaşılmazlıqlara səbəb ola bilər”.

Elvin Həsənov

Ekspert qeyd edib ki, belə sistemlər kiberhücumların hədəfi ola bilər:

“Xüsusilə dövlət informasiya bazaları çox dəyərli məlumat mənbələridir və hakerlər üçün maraqlı hədəf sayılır. Ona görə də burada vacib olan yalnız texnologiyanın tətbiqi deyil, həm də insan faktorunun hazırlanmasıdır. Dövlət səviyyəsində davamlı kibermonitorinq, SOC/NOC mərkəzlərinin fəaliyyəti, penetrasiya testləri və təhlükəsizlik standartlarının (ISO 27001, ISO 42001 və s.) tətbiqi vacib rol oynayır”.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, gələcəkdə süni intellekt digər dövlət xidmətlərində də geniş istifadə oluna bilər:

Elvin Abbasov

“Bu inteqrasiya məlumatların yalnız bir dəfə təqdim edilməsini tələb edərək, vətəndaşlar üçün sənədləşmə proseslərini sürətləndirəcək. Bu yolla dövlət resurslarına qənaət ediləcək və insan səhvləri minimuma enəcək. Süni intellekt sistemlərinin bu şəkildə inteqrasiyası, həmçinin şəxsi məlumatların təhlükəsizliyini və idarəedilməsini yeni, daha effektiv bir səviyyəyə qaldırır. Mərkəzləşdirilmiş Süni İntellekt sistemləri bilgilərin ənənəvi kağız və ya paylanmış rəqəmsal sistemlərdən daha yüksək şəkildə şifrələnməsini və mühafizəsini təmin edir. Bu proses, həm də dövlət qurumlarının innovasiya potensialını yüksəldir. Paralel olaraq, Azərbaycanın regionda rəqəmsal liderliyini gücləndirir, vətəndaşlara keyfiyyətli, sürətli və tamamilə şəffaf xidmətlərin göstərilməsini təmin edir”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
globalinfo.az

2Mənbələr