AZ

Güzəştlərin ləğvindən sonra avtomobil bazarında bahalaşma baş verəcək AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Bu məsələ təkcə hibrid avtomobillərlə və onlara tətbiq olunan güzəştlərlə bağlı deyil. Bu dəyişiklikdən sonra vətəndaşlar məcbur olacaqlar ki, son 7 il ərzində istehsal olunmuş avtomobilləri ölkəyə gətirsinlər və ya daxili bazarda məhz bu tip avtomobilləri alsınlar. Buna görə məsələ təkcə hibrid avtomobillərlə məhdudlaşmır. Ümumiyyətlə, avtomobil bazarına ciddi təsir göstərəcək bir neçə qərar qəbul olunub".Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Oruc deyib. O bildirib ko, Çin avtomobillərinin ölkə bazarında dominant mövqeyə sahib olmasının qarşısını almaq məqsədilə hibrid avtomobillərə tətbiq edilən bu güzəştlər müəyyən dərəcədə məhdudlaşdırıcı rol oynayacaq:"Bu, avtomobillərin qiymətlərinə də təsir göstərəcək. Əgər vətəndaşlar yenidən dizel və benzin tipli avtomobillərə üstünlük versələr, onların da qiymətlərində dəyişiklik baş verəcək.Təkcə Azərbaycanda deyil, beynəlxalq miqyasda da oxşar vəziyyət müşahidə olunur. Məsələn, Amerika Birləşmiş Ştatlarında Çin istehsalı malların idxalına qarşı yüksək rüsumlar tətbiq edilir. Yalnız avtomobillər deyil, digər məhsullar üzrə də Çin istehsalının bazarda üstünlüyü məhdudlaşdırılır. Bu qərar daxili bazarda Çin məhsullarının payını azalda bilər"Ekspert deyib ki, adətən vətəndaşlar ucuz olduqlarına görə daha çox Çin avtomobillərinə üstünlük verirlər:"Hazırda bazarda olan hibrid avtomobillərin çoxu Çin istehsalıdır. Buna görə də bu qərar qiymət artımına səbəb olacaq. Hazırda Çin avtomobilləri satış bazarında digər markaları xeyli üstələyir. Bu qərardan sonra müəyyən sabitlik yarana bilər, lakin qiymət artımının həm Çin, həm də digər hibrid avtomobillərə təsir göstərəcəyi gözlənilir.

Ümumilikdə, bu qərardan sonra avtomobil bazarında bahalaşma müşahidə olunacaq".Qeyd edək ki, 2026-cı ildən etibarən hibrid avtomobillərə tətbiq edilən güzəştlər aradan qaldırılacaq. Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
demokrat.az

1Mənbələr