AZ

Sabiq prezident həbsxana yeməyindən imtina etdi Görün nə ilə qidalanır

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Parisin “Sante” cəzaçəkmə müəssisəsində saxlanılan Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbsxana yeməyindən tamamilə imtina edib və yalnız qatıqla dolanır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Le Point” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Sarkozi kamera yoldaşlarının düşmənçiliyindən qorxur və ona gətirilən yeməyə toxunmaqdan imtina edir. Sarkozi kiminsə onun yeməyinə tüpürdüyünə və ya təhlükəli bir maddə ilə qarışdırdığını düşünür.

Mənbələr qeyd ediblər ki, 21 oktyabrda həbs olunduğu gündən bəri keçmiş prezident yalnız qatıqla qidalanır. O, həmçinin ərzaq almaqdan və ya özü üçün yemək bişirməkdən imtina edir. Tanışlarının sözlərinə görə, Sarkozi heç nə bişirə bilmir və prinsip etibarilə yumurta qaynatmağı da bacarmır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
globalinfo.az

1Mənbələr