AZ

“İsraillə 12 günlük müharibədən sonra İranın raket imkanları artıb” Araqçi

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“İsraillə 12 günlük iyun müharibəsindən sonra İranın müdafiə və raket imkanları güclənib, düşmən heç bir məqsədinə nail ola bilməyib”.

525.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi deyib.  

Onun sözlərinə görə, münaqişə zamanı çoxsəviyyəli müdafiə sistemlərinə və Qərbin dəstəyinə baxmayaraq, qarşı tərəfin səması İranın raketlərinin hədəfində idi.

Nazir İranın yerli istehsalı olan və ilk dəfə real müharibədə istifadə edilən raketlərin zəif tərəflərinin hər gün müəyyən edilərək düzəldilməsi ilə daha dəqiq və təsirli olduğunu vurğulayıb.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
525.az

1Mənbələr