AZ

İş həyatımızdakı ən riskli davranışımız gözləməyimizdir, gözləməməliyik, başlamalıyıq

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

6 noyabr tarixində “Zirvədə Mükəmməllik!” şüarı altında Comelson Business Forum 2025 tədbiri keçirilib.

Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, Azərbaycanın ən dinamik biznes tədbirlərindən biri – Comelson Business Forum 2025 bu il “Zirvədə Mükəmməllik!” şüarı altında baş tutub.

Forumda spiker qismində çıxış edən Saday Əlverdiyev bildirib ki, biznes sahibləri hər zaman biznesi əldə saxlamağı və gələcəkdə daha yaxşı olmağı bacarmalıdır.

“Biz nə zaman böyüyəcəyik? Hər birimiz oturub gözləməklə həyatımızın böyük hissəsini keçirmişik. Məktəbdə, universitetdə, işdə və s. Bizim həyatımızda ən riskli davranış gözləməyimizdir. Biz gözləməməliyik, hazırlaşmalıyıq. Məktəbdə, universitetdə yaxşı oxumalı, çalışmalıyıq. Aşağı işdən başlayıb, yüksəlməyi gözləməməliyik. Hər biznes bizim orqanizmimiz kimi bir müddət sonra düşməyə başlayır. Necə ki, insan yaşlandıqca əldən düşür. Biz biznes daxilində pul qazanmağı və sabitləməyi bacarmalıyıq”,-deyə Saday Əlverdiyev qeyd edib.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
bizimyol.info

1Mənbələr