Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Qış mövsümünün yaxınlaşması ilə Avropada enerji bazarlarında yenidən gərginlik müşahidə olunur. Temperaturun kəskin enməsi qaz istehlakını artıracaq”.Bunu Demokrat.az-a açıqlamasında enerji sektoru üzrə ekspert Zəfər Əliyev deyib.O əlavə edib ki, bu isə təbii qazın qiymətlərinə birbaşa təsir göstərə bilər:“Hazırda Avropanın qaz anbarları 95 faizədək doludur, lakin bu ehtiyat uzunmüddətli soyuq dalğaya kifayət etməyə bilər. Rusiyadan qaz axınının məhdud qalması vəziyyəti daha da mürəkkəbləşdirir. Bu boşluğu doldurmaq üçün Avropa ölkələri əsasən mayeləşdirilmiş təbii qaz (LNG) idxalına üstünlük verir. Lakin Asiya ölkələrinin də LNG-yə tələbi artdığından, qiymət rəqabəti yaranacaq. Bu da Avropa üçün qazın maya dəyərini yüksəldə bilər. Eyni zamanda, külək və günəş enerjisi kimi alternativ mənbələrin payı artmaqdadır. Amma bu mənbələr hava şəraitindən asılı olduğuna görə, qışda sabit enerji təminatı üçün kifayət deyil. Enerji bazarında sabitlik yalnız hava şəraitinin mülayim keçəcəyi təqdirdə qoruna bilər. Əks halda, xüsusilə yanvar-fevral aylarında qiymət artımı qaçılmaz görünür. Buna görə də Avropa hökumətləri enerji qənaətinə və təchizatın şaxələndirilməsinə xüsusi önəm verir. Ümumilikdə isə bu qışda qazın müəyyən dərəcədə bahalaşması ehtimalı real hesab olunur”.Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.