AZ

WP: Pokrovsk Kiyev üçün təhlükəli dilemmaya, Putin üçün şansa çevrilib

BAKI, 6 noyabr. TELEQRAF

Kreml istənilən yolla Donetsk vilayətinin Pokrovsk şəhərini işğal etməyə çalışır ki, bu yolla ABŞ Prezidenti Donald Trampa Ukraynanın Rusiya hücumunu dayandıra bilmədiyini göstərsin.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Nəşrə danışan ukraynalı analitik Mikola Beliskovun sözlərinə görə, Rusiya lideri Vladimir Putin üçün Pokrovskun ələ keçirilməsi elə bir hadisə olmalıdır ki, bu, Donald Trampı Kremlin qələbəsinin qaçılmazlığı və Ukraynaya bundan sonrakı yardımların mənasızlığına inandırsın.

Ekspertin fikrincə, Kiyev çox çətin bir dilemma qarşısındadır. Bir tərəfdən, Ukrayna hakimiyyəti şəhərin itirilməsinin siyasi nəticələrini nəzərə almalıdır, çünki bu, Rusiya üçün hərbi yox, məhz diplomatik baxımdan mühüm qələbə sayıla bilər. Məqalə müəllifləri qeyd edirlər ki, Pokrovskun ələ keçirilməsi Rusiyanın 2023-cü ilin əvvəlində işğal etdiyi Baxmutdan sonra ən böyük uğuru olacaq.

Digər tərəfdən, Kiyev həddindən artıq hərbi itkilərdən qaçmalı və əsgərlərin tükənməsinin qarşısını almalıdır - xüsusən də əlverişsiz mövqelərdə döyüşlər zamanı. Keçmişdə Ukrayna komandanlığı Baxmut və Avdivkadan qoşunların çıxarılması barədə qərarları gec verdiyinə görə tənqid olunmuşdu.

Seçilən
41
teleqraf.com

1Mənbələr