AZ

Qazaxıstan və ABŞ strateji tərəfdaşlığın perspektivlərini müzakirə edib

Qazaxıstan ABŞ ilə müxtəlif səviyyələrdə aktiv siyasi əlaqələr saxlayır və çoxşaxəli əməkdaşlığı dərinləşdirmək üçün konstruktiv dialoqa hazırdır.

Bakıvaxtı.az "Akorda"ya istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu açıqlamanı Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio və Donald Tramp administrasiyasının digər nümayəndələri ilə görüşündə verib.

Rubiodan əlavə, ABŞ nümayəndə heyətinə ticarət naziri Hovardo Latnik və ABŞ Prezidentinin Cənubi və Orta Asiya üzrə xüsusi nümayəndəsi Sercio Qor da daxil olub.

Görüş zamanı ikitərəfli və regional gündəliyin əsas aspektləri barədə fikir mübadiləsi aparılıb.

Tokayev Qazaxıstan və ABŞ-nin yeni iş yerləri yaradacaq və sənayeni dəstəkləyəcək iqtisadi əməkdaşlıq vasitəsilə strateji tərəfdaşlıqlarını daha da gücləndirmək üçün əla imkanlara malik olduğunu vurğulayıb.

Seçilən
42
5
bakivaxti.az

6Mənbələr