BAKI, 6 noyabr. TELEQRAF
Bütün ermənilərin katolikosu II Qareginin sərəncamı ilə Tavuş yeparxiyasının keşişi Taron Hunanyan kilsədən kənarlaşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Hunanyan xidmət yerini özbaşına tərk etməkdə, yeparxiyada nizam-intizamı pozmaqda, kilsədən kənarlaşdırılmış Aram Asatryan tərəfindən təşkil olunmuş liturgiyada icacəsiz iştirak, kilsəyə qarşı siyasi bəyanatlar vermək və katolikosa qarşı hörmətsizlikdə ittiham olunub.
Xatırladaq ki, keşiş Aram Asatryan oktyabrın 21-də katolikos tərəfindən kilsədən uzaqlaşdırılıb. Asatryan “erməni kilsəsi və rəhbərini ləkələməkdə” ittiham olunub. Bundan sonra o, Eçmiədzin kafedralından alınaraq dövlətin balansına verilən Hovhannavank monastırında fəaliyyətə başlayıb. Ötən həftə onun burada keçirdiyi liturgiyada Baş nazir Nikol Paşinyan da iştirak edib.
Ermənistan Baş naziri bundan öncə andını pozan II Qareginin artıq bütün ermənilərin katolikosu olmadığını açıqlamış, onu könüllü istefaya çağırmışdı.