AZ

Bred Pitt Ancelina Colidən milyonlarla dollarlıq təzminat tələb edir

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Amerikalı aktyor Bred Pitt keçmiş həyat yoldaşı, aktrisa Ancelina Colidən Fransa şərab zavodu "Chateau Miraval”la bağlı məhkəmə çərçivəsində milyonlarla dollarlıq təzminat tələb edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "People” nəşri məhkəmə sənədlərinə və elektron yazışmalara istinadən yazıb.

2022-ci ilin noyabrında Pitt evlilik dövründə birgə aldıqları şərab zavodu ilə bağlı fikir ayrılıqları səbəbilə Coliyə qarşı məhkəmə iddiası qaldırmışdı. Aktyorun sözlərinə görə, Coli şirkətdəki payını onun razılığı olmadan üçüncü şəxsə satıb.

2025-ci ilin oktyabr ayının sonunda Pittin nümayəndələri məhkəməyə Coli və onun komandası arasında olan elektron yazışmaları təqdim ediblər. Bu yazışmalardan məlum olur ki, Pitt Coliyə qarşı 35 milyon dollarlıq iddia qaldırıb və sənədlərin hazırlanması xərclərini də özü ödəməli olur. Colinin vəkili bildirib ki, bu xərclər iddianın əsassız olub-olmadığını müəyyən etmək üçün nəzərdə tutulub.

Məhkəmə sənədlərində Pitt qeyd edib ki, onun komandası Coliyə "Chateau Miraval”dakı payı üçün 55 milyon dollar təklif etmişdi, lakin aktrisa danışıqlardan imtina edərək payını "Stoli” şirkətinə satıb. Coli isə bildirib ki, Pitt ondan satışla bağlı və şəxsi münasibətləri müzakirə etməyi qadağan edən məxfilik sazişi imzalamağı tələb etdiyi üçün razılaşmadan imtina edib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
1
qaynarinfo.az

2Mənbələr