AZ

ABŞ-də işdən çıxarılanların sayı 20 illik rekordu təzələyib

Amerika Birləşmiş Ştatlarında ötən ay 153 mindən çox insan işdən kənarlaşdırılıb. Bu 20 iyirmi ildə oktyabr ayında qeydə alınmış ən yüksək göstəricidir.

Bu barədə işədüzəltmə və peşəkar kadr axtarışı üzrə ixtisaslaşmış “Challenger, Gray & Christmas” hesabat dərc edib.

Məlumata görə, təkcə sentyabr ayı ilə müqayisədə işdən kənarlaşdırma halları 175 faiz artıb.

Bundan əlavə, dərc olunmuş məlumata əsasən, yanvardan oktyabra qədər ABŞ-də 1,09 milyondan çox iş yeri ixtisar edilib ki, bu da 2024-cü illə müqayisədə 65% çoxdur. Araşdırma nəticələrində o da qeyd olunur ki, amerikalı işəgötürənlər yeni işçiləri işə götürməkdə tələsmirlər.

İşdən çıxarılmaların sayının artmasının xərclərin azaldılması və süni intellektlə bağlı dəyişikliklərin tətbiqi ilə əlaqəli olduğu ehtimal olunur.

MənbəTREND
Seçilən
5
2
banker.az

3Mənbələr