AZ

Bolqarıstan parlamenti prezidentin “Lukoil”lə bağlı qanuna vetosunu ləğv edib

Bolqarıstan parlamenti “Lukoil”in ölkədəki aktivlərinin satışını Dövlət Milli Təhlükəsizlik Agentliyinin (SANS) müsbət rəyinə bağlayan qanun dəyişikliyinə Prezident Rumen Radevin qoyduğu vetonu ləğv edib.

Məsələ üzrə səsvermədə qanun dəyişikliyinin qəbul edilməsi təsdiq olunub.

Belə ki, 125 parlament üzvü qanun dəyişikliyinin lehinə, 74 nəfər əleyhinə səs verib və bitərəf qalan olmayıb.

Qeyd edək ki, dünən Bolqarıstan Prezidenti Rumen Radev sözügedən qanunun Nazirlər Kabinetini funksional baxımdan Dövlət Milli Təhlükəsizlik Agentliyinin rəyindən asılı vəziyyətə gətirdiyini iddia edərək ona veto qoyub.

MənbəAPA
Seçilən
11
3
banker.az

4Mənbələr