AZ

Böyük Britaniya ilə biznes və investisiya əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Lord Con Alderdays ilə görüşüb.

Day.Az xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı "X" hesabnda paylaşım edib.

Bu gün Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Alderdays ilə görüşməkdən məmnun oldum. Strateji tərəfdaşlıq ruhunda ikitərəfli ticarət, biznes və investisiya əlaqələrimizi daha da genişləndirmək, eləcə də süni intellekt, rəqəmsal transformasiya və bağlantı sahələrindəki imkanlardan necə yararlana biləcəyimiz barədə səmərəli söhbət apardıq", - deyə paylaşımda qeyd edilib.

  • Böyük
  • Böyük
Seçilən
22
21
day.az

10Mənbələr