AZ

Ümmet Artuç: AMEA rəhbərliyi Azərbaycan Türkiyə elmi əlaqələrinin davam etməsinə mühüm töhfələr verir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan və Türkiyə liderləri arasında olan yüksəksəviyyəli münasibətlər bütün sahələrdə, o cümlədən elmdə və təhsildə əməkdaşlığın dinamik inkişafına mühüm təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AMEA-nın 80 illik yubiley tədbirində iştirak edən Ankara Universiteti rektorunun müşaviri Ümmet Artuç açıqlamasında bildirib. O, Azərbaycan-Türkiyə qardaşlığının nümunəvi xarakter daşıdığını, iki ölkə arasında əlaqələrin ardıcıl şəkildə inkişaf etdiyini və genişləndiyini vurğulayıb.

Ümmet Artuç iki qardaş ölkə arasında elm və təhsil əlaqələrinin uğurla davam etdiyini, AMEA rəhbərliyinin bu istiqamətdə mühüm töhfələr verdiyini diqqətə çatdırıb. O, həmçinin Ankara Universitetinin həyətində Ümummilli Lider Heydər Əliyevin şəxsən əkdiyi ağacın bu gün də böyüyərək dostluq və qardaşlığı simvolizə etdiyini bildirib.

Qonaq AMEA-nın 80 illik yubileyi münasibətilə Ankara Universitetində də geniş tədbirin keçirildiyini xatırladaraq qeyd edib ki, TÜBA-nın təşəbbüsü və Ankara Universitetinin dəstəyi ilə təşkil olunan tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, beynəlxalq və yerli qurumların nümayəndələri, diplomatlar və elm xadimləri iştirak ediblər. “Bakıda təşkil olunan yubiley tədbirində də iştirak etmək bizim üçün böyük məmnuniyyətdir”, - deyə rektor müşaviri vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
azertag.az

1Mənbələr