AZ

Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” konfransı keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı respublika elmi-nəzəri konfrans keçirilib. Tədbir 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunub.

APA DİN-ə istinadən xəbər verir ki, konfransda dövlət və ali təhsil müəssisələrinin nümayəndələri – Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi, Azərbaycan Respublikası Milli Müdafiə Universiteti, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Dövlət Sərhəd Xidməti Akademiyası, Dövlət Dəniz Akademiyasının nümayəndələri, kursant və tələbələri, Vətən müharibəsinin qəhrəmanları və iştirakçıları, həmçinin şəhid ailələrinin nümayəndələri qonaq qismində iştirak ediblər.

Seçilən
22
4
azpost.info

10Mənbələr