BAKI, 6 noyabr. TEIEQRAF
Tanınmış mütəxəssis Daniele De Rossi İtaliya A Seriyası təmsilçisi “Cenoa”nın yeni baş məşqçi təyin olunub.
Teleqraf xəbər verir ki, 42 yaşlı mütəxəssislə müqavilənin detalları açıqlanmayıb.
Mövsümün sonuna qədər davam edən anlaşma komanda A Seriyasında yerini qoruduğu təqdirdə uzadıla bilər.
Qeyd edək ki, Daniele De RossiGenuya klubunda Patrik Viyeranı əvəzləyib. De Rossi daha əvvəl SPAL və “Roma” komandalarına rəhbərlik edib.