AZ

De Rossi A Seriyasına qayıtdı - RƏSMİ

İtaliyanın "Cenoa" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Daniele De Rossi çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

42 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Tərəflər istəsə, sözləşmənin müddətini daha 1 il uzada bilərlər.

Qeyd edək ki, "Cenoa" patrik Vieyra ilə yollarını ayırıb. De Rossinin son iş yeri isə "Roma" olub.

saytlarin hazirlanmasi

Seçilən
34
sportal.az

1Mənbələr