Bu ilin yanvar-sentyabr aylarında Mərkəzi Asiya regionundan Azərbaycana 162,1 mindən çox vətəndaş səfər edib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, cari ilin sentyabr ayında qeyd edilən regiondan ölkəyə 20,3 mindən çox şəxs gəlib. Bu, 2024-cü ilin sentyabr ayına nisbətdə 27 faiz çox, cari ilin avqust ayına nisbətdə isə 9,5 faiz azdır.
2025-ci ilin sentyabr ayında Azərbaycana gələn turistlərin sayına görə Mərkəzi Asiya ölkələrinin sıaralaması belədir:
Qazaxıstan – 8795
Özbəkistan – 6772
Türkmənistan – 2607
Qırğızıstan – 1150
Tacikistan – 987