AZ

Telli Borçalı qalmaqalı böyüdü: “Bu, ARB-nin oyunudur!”

“Audiovizual Şura belə şeyləri görməzliyə vurur”.

Bunu “Yeni Sabah”a teleaparıcı Tarix Əliyev (Tolik) deyib.

O, aşıq Telli Borçalı ilə ARB əməkdaşı arasında insidenti qurama sayır.

Xatırlada ki, telekanal hadisə ilə bağlı izahatında səbəbi açıqlayıb: ifaçının mahnısının cəmi 10 saniyəlik hissəsinin səhvən yayımlanması.

Telekanalın məlumatında qeyd olunur ki, insident “Həmin Zaur” verilişinin kameraarxası görüntüləridir.

Tolik baş verən gərginliyin şou olması qənaətindədir:

“Birincisi, sözügedən kadrları telekanal özü yayıb. Hadisəni çəkən ARB kameralarıdır. Bu cür yollara əl atmaqla telekanallar öz qeyri-peşəkarlığını göstərir, belə şeylərlə gündəmdə qalmaq istəyirlər.

İkincisi, telekanallarda vaxt gecikdirmə anlayışı var, bunu hər kəs bilir. Məsələn, ARB telekanalında 10 dəqiqəyə yaxın gecikmə var. Bu, baş verə biləcək istənilən mənfi hadisənin qarşısını almaq üçündür. Çünki canlı efirdir, hər şey ola bilər - lazımsız zəng, təhqir, münaqişə və s”.

Aparıcı hesab edir ki, məlum görüntülərin yayılması telekanalın PR məqsədinə xidmət edir:

“Bu, çox cılız görünür. Telli efirdə dava edə, mübahisə yarana bilər, amma bunu yaymaq etik deyil. Bəzi kanallar bu cür yollara əl atır, bəzən efirdə olanları “TikTok”a çıxarır, qalmaqal yaradırlar. Kamera görüntülərini paylaşıb reytinq yığmağa çalışmaq gülüncdür”.

Prodüser həmçinin bildirib ki, əslində, Telli Borçalı telekanalı məhkəməyə verə bilər:

“Telekanal işçiləri guya Telli Borçalını polisə verəcəklərmiş. Əslində, Telli özü telekanalı məhkəməyə verməlidir ki, onun adı ilə reytinq yığmağa çalışıb, işgüzar nüfuzuna xələl gətiriblər. Çünki hadisə canlı efirdə yaşanmayıb. Telli Borçalı orada heç kəsi söyməyib, əl qaldırmayıb, sadəcə oğlanı itələyib. Bəlkə, oğlan onu təhqir edib? Biz səhnə arxasında nələr yaşandığını bilmirik axı...”

O əlavə edib ki, Audiovizual Şura bu kimi halları görməzliyə vurur:

“Biz etsə idik, dərhal az qala çarmıxa çəkərdilər”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
28
yenisabah.az

1Mənbələr