AZ

Əməkdar artist vəfat etdi

Əməkdar artist Vahid Əliyev vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.

O, bu gün axşam saatlarında vəfat edib.

Vahid Əsgər oğlu Əliyev 7 fevral 1952-ci ildə Tovuz şəhərində anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 23 dekabr 1975-ci ildən Gənc Tamaşaçılar Teatrının aktyoru idi.

2011-ci ilin may ayında Əməkdar artist fəxri adına layiq görülüb. 1 may 2017-ci ildə,. 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülüb.

O, 2022-ci ilin dekabr ayında infarkt keçirmişdi. 2023-cü ilin yanvar ayında açıq ürək əməliyyatı olunmuşdu.

Seçilən
17
12
milliyol.az

10Mənbələr