AZ

Gürcüstanda Saakaşvili daxil 8 müxalifət liderinə cinayət işi açıldı


Gürcüstanda müxalif siyasətçilər - Mixeil Saakaşvili, Qiorqi Vaşadze, Nika Qvaramia, Nikanor Melia, Zurab Caparidze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət təqibi başlanılıb. Bu haqda Gürcüstanın baş prokuror Qiorqi Qvarakidze bildirib.

Baş prokurorun sözlərinə görə, Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaqla dövlətə qarşı törədilmiş cinayətlər — sabotaj, xarici dövlətə düşmənçilik fəaliyyətində yardım, Gürcüstanın konstitusiya quruluşu və milli təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətin maliyyələşdirilməsi və Gürcüstanın konstitusiya quruluşunu zorakılıqla dəyişməyə və ya dövlət hakimiyyətini devirməyə çağırış faktları üzrə Mixeil Saakaşvili, Qiorqi Vaşadze, Nika Qvaramia, Nikanor Melia, Zurab Caparidze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət təqibi başlanılıb.

TAHİR

Seçilən
95
baki-xeber.com

1Mənbələr