AZ

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı bir neçə yeni sanksiya qərarı imzaladığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Telegram” kanalında məlumat verib.
“Mən bir neçə yeni sanksiya qərarı imzaladım. Biz Ukrayna yurisdiksiyasında tərəfdaş sanksiyalarını sinxronlaşdırmaqda davam edirik və bu gündən etibarən Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketi Ukraynada qüvvəyə minir. Biz həmçinin Aİ sanksiyalarını Aİ xaricindəki digər Avropa ölkələrinin yurisdiksiyalarına da şamil etmək üzərində işləyirik“, - Zelenski qeyd edib.
Onun sözlərinə görə, Kiyev Arktikada fəaliyyət göstərən “rus subyektlərinə” də məhdudiyyətlər qoyub.
Dövlət başçısı həmçinin Milli Təhlükəsizlik və Müdafiə Şurasına Rusiya təbliğatı və hərbi istehsalında iştirak edən subyektlər, eləcə də əməkdaşlıq edən şəxslərlə bağlı yeni qərarlar hazırlamağı tapşırdığını bildirib.
Zelenski eyni zamanda Rusiyanın Ukrayna Baş naziri Yuliya Svırıdenko və digər rəsmilərə qarşı tətbiq etdiyi məhdudiyyətlərə “sanksiya cavabı” vəd edib.
Seçilən
35
yeniavaz.com

1Mənbələr